Modern.az

Yetkinlik yaşına çatmayanların kəbinini kəsən mollalar cərimələnəcək

Yetkinlik yaşına çatmayanların kəbinini kəsən mollalar cərimələnəcək

Ölkə

11 İyun 2024, 14:16

Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnəcək.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-3-cü maddə (Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə) əlavə edilir.

 

Yeni maddəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər 1 000 manat məbləğində cərimə ediləcək.

 

Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manat məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi