Modern.az

Nəşi tapılan hərbçimizin əmisi də şəhid olubmuş

Nəşi tapılan hərbçimizin əmisi də şəhid olubmuş

11 İyun 2024, 14:50

Xəbər verdiyimiz kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında tapılıb.

 

Modern.az-ın məlumatına görə, nəşi tapılan hərbçimizin əmisi Birinci Qarabağ müharibəsində şəhid olub.

 

Hərbçimiz əmisinin - şəhid Hüseynov Ceyhun Tahir oğlunun adını daşıyırdı.

 

Ordubad rayon Gənzə kəndindən olan hərbçimiz 17 Aprel 1994-cü ildə Goranboy rayonunun Talış kəndində gedən döyüşlərdə şəhid olub. Məlumatı bundan əvvəl hərbçimizin atası Tofiq Hüseynov "globalinfo"ya açıqlamasında da təsdiq edib.

 

Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahidlər dindirilib və müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib. Eyni zamanda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.



Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

 

1356308

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi