Modern.az

İlham Əliyev generalı rektor təyin etdi - DOSYE+FOTO

İlham Əliyev generalı rektor təyin etdi - DOSYE+FOTO

11 İyun 2024, 15:18

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna yeni rektor təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Bu vəzifəyə Elçin Əli oğlu Məmmədov gətirilib.

 

Qeyd edək ki, o, bundan əvvəl Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi olub. 22 may 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanına əsasən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu adlandırılıb.

 

Elçin Məmmədov Azərbaycan Prezidentinin sərəncamına əsasən 11 mart 2023-cü ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Daxili Qoşunların Qəbələ rayonu ərazisində yerləşən "N" saylı Hərbi Hissəsinin Komandiri olub.

 

30 avqust 2023-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məкtəbinin rəisi vəzifəsinə təyin edilib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 11 mart 2024-cü il tarixli sərəncamı ilə isə Elçin Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.

 

1356319

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi