Modern.az

Azərbaycanla Aİ arasında təhlükəsizlik dialoqunun 5-ci raundu

Azərbaycanla Aİ arasında təhlükəsizlik dialoqunun 5-ci raundu

13 İyun 2024, 23:36

"Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora ilə Azərbaycan-Aİ təhlükəsizlik dialoqunun 5-ci raundunu keçirdik".

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsindəki paylaşımında qeyd edib.

 

"Aİ-Azərbaycan əməkdaşlığının daha da artırılması, qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə etdik. Azərbaycanın Aİ-nın dəyərli və etibarlı əməkdaşı olduğu vurğulandı", - paylaşımda bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq