Modern.az

Ermənistan üçüncü dəfə Naxçıvanı ATƏŞƏ TUTDU

Ermənistan üçüncü dəfə Naxçıvanı ATƏŞƏ TUTDU

14 İyun 2024, 09:03

Naxçıvan istiqamətində mövqelərimiz üçüncü dəfə atəşə tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, iyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq