Modern.az

Mübariz İbrahimovun şəhadətindən 14 il ötür - FOTO

Mübariz İbrahimovun şəhadətindən 14 il ötür - FOTO

Ölkə

18 İyun 2024, 14:42

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hərbi qulluqçular onun məzarını ziyarət edib, üzərinə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

 

Mərasimdə çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edib, M.İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən danışıblar. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.

 

Qeyd olunub ki, M.İbrahimovun göstərdiyi rəşadət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. M.İbrahimov ölümündən sonra dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır