Modern.az

\"Fransanın siyasəti Qafqazda sülhə töhfə vermir\"

\

19 İyun 2024, 11:43

Biz Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik. Bu, zərərli bir siyasətdir. Çünki bu, Cənubi Qafqaz regionunun sülh gündəliyinin irəli aparılmasına heç bir halda töhfə vermir.

 

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

 

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və Ermənistan arasında normallaşma ilə əlaqədar proseslərin aparıldığı bir şəraitdə Fransanın regionda militarizasiya siyasəti ciddi təhdid yaradır. Xüsusilə də aprelin 19-da sərhədlərin delimitasiyasına dair nəticələrin, bundan əvvəl isə iki ölkənin ali orqanları səviyyəsində birgə bəyanatın əldə olunduğu, bütövlükdə Cənubi Qafqazın sülh yolu ilə transformasiyası istiqamətində ciddi addımların atıldığı bir zamanda Fransanın bu addımları, həmçinin normallaşma prosesinə ciddi şəkildə zərbədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq