Modern.az

Avropa komissarı Bakıya səfər edəcək 

Avropa komissarı Bakıya səfər edəcək 

Ölkə

19 İyun 2024, 23:35

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra iyunun 20-də Bakıya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

 

O, noyabrda ölkədə keçiriləcək COP29 konfransına hazırlıqla bağlı görüşlər keçirmək üçün Bakıda olacaq.

 

Bildirilib ki, komissar Hoekstra COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un təmsilçiləri ilə görüşəcək. O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək.

 

Komissar Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı