Modern.az

Azərbaycan tarixində altıncı növbədənkənar SEÇKİ

Azərbaycan tarixində altıncı növbədənkənar SEÇKİ

Ölkə

20 İyun 2024, 19:19

Azərbaycanda bu il növbədənkənar parlament seçkiləri keçiriləcək. Hakim yeni Azərbaycan Partiyası (YAP) parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi barədə prezidentə müraciət ünvanlamaq barədə qərar qəbul edib. Seçkilərin dəqiq tarixi məlum deyil, amma səsvermənin avqustun sonu, sentyabrın əvvəlində keçirilməsi gözlənilir.

 

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə parlament seçkiləri 2020-ci ildə keçirilib. Növbəti seçkilər bu ilin noyabr ayında keçirilməli idi. Lakin ölkəmizdə həmin ayda keçiriləcək COP-29 tədbiri seçkilərin keçirilməsini çətinləşdirəcək. Buna görə seçkilərin əvvələ çəkilməsi zərurəti yaranıb.

 

Modern.az Azərbaycanda indiyədək keçirilən növbədənkənar seçkiləri araşdırıb.

 

Azərbaycanda indiyədək 9 prezident, 6 parlament, 5 bələdiyyə seçkiləri keçirilib. Bu seçkilərdən əksəriyyəti adi qaydada, bir neçəsi isə növbədənkənar olub.

 

1992-ci ilin mart ayında kütləvi etirazlaran sonra rəsmi şəkildə prezident postundan istefa etdiyini açıqlayan Ayaz Mütəllibov may ayında yenidən bu vəzifəyə qayıtdığını elan etsə də, növbəti belə etirazlardan sonra vəzifəsini və ölkəni tərk etmək məcburiyyətində qaldı. Bundan sonra parlament çoxluğu iyun ayının 7-də prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul etdi. Beş namizədin iştirak etdiyi seçkilərdə Xalq Cəbhəsinin lideri Ə.Elçibəy 60.6% səslə qalib gəldi. Onun rəqibi N.Süleymanov isə 33% səs toplamışdı (Digər namizədlər Y.Məmmədov, İ.İsmayılov, R.Turabxanlı idi). Rəsmi nəticələrə görə, seçici aktivliyi 76.3% idi.

 

1993-cü ilin iyun ayında Ə.Elçibəy Bakını tərk edərək Kələkiyə getdi və avqustda keçirilən referendumda xalq tərəfindən ona etimadsızlıq göstərildi. Bundan sonra, oktyabrın 3-nə prezident seçkiləri təyin olundu. Seçkilərdə parlamentin sədri Heydər Əliyev, siyasi dairələrdə çox az tanınan Karrar Əbilov və biznesmen Zakir Tağıyev namizədliyini irəli sürmüşdü. Rekord həddə - 97,6% seçici fəallığının olduğu bu seçkilərdə ümummilli lideri H.Əliyev 98.8% səs toplayaraq prezident seçilmişdi.

 

Prezident İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də Azərbaycana növbədənkənar Prezident seçkilərinin elan edilməsi qərara alındı. Seçkilərdə 8 namizəd iştirak edib. Prezident İlham Əliyev 86,02% səs çoxluğu ilə qalib olub.

 

Bundan iki il sonra ölkəmizdə yenidən növbədənkənar seçkilər keçirilib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 05.12.2019-cu il tarixli Sərəncamı ilə Azərbaycanda Parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edildi. Seçkilərində iştirak etmək üçün rekord sayda 2431 nəfər müraciət edib. Yenə rekord sayda, 1637 nəfər namizəd qeydə alınıb, lakin yanvarın 31-dək olan dövrdə onlardan 312-si namizədliyini geri götürüb.

 

2024-cü il fevralın 7-də isə Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçirilib. Növbədənkənar prezident seçkiləri ilk dəfə ölkəmizin bütün ərazisində baş tutub, işğaldan azad edilən ərazilərdə səsvermə məntəqələri yaradılıb.

 

Beləliklə, Azərbaycan 6-cı dəfə növbədənkənar seçkilərə gedir...

 

Modern Təhlil və Araşdırma Qrupu

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq