Modern.az

ABŞ dövlət katibi İlham Əliyevi və Paşinyanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət etdi

ABŞ dövlət katibi İlham Əliyevi və Paşinyanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət etdi

Ölkə

21 İyun 2024, 09:22

ABŞ dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

 

A.Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-nin iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi