Modern.az

Yazıçı Anar deputatlığa namizəd olacaq? - AÇIQLAMA

Yazıçı Anar deputatlığa namizəd olacaq? - AÇIQLAMA

Ölkə

21 İyun 2024, 13:43

Bir neçə aydan sonra Azərbaycanda parlament seçkiləri keçiriləcək. Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib.

 

Bir müddət əvvəl əgər təklif gələrsə, seçkilərə qatılmağı düşünəcəyini bildirən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin namizəd olub-olmayacağı da müzakirə olunan məsələlərdəndir.

 

Modern.az məsələ ilə bağlı AYB sədri ilə əlaqə saxlayıb.

 

O bildirib ki, seçkilərə qatılmayacaq: “Bir dəfə demişəm, üç dəfə də təkrar etmişəm. Yenə təkrar edirəm, seçkilərə qatılmaq fikrim yoxdur”.

 

Qeyd edək ki, Anar Rzayev Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı kimi fəaliyyət göstərib.

 

Rəşid Qarayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var