Modern.az

Xanım sahibkar deputat olacağı barədə iddialara CAVAB VERDİ

Xanım sahibkar deputat olacağı barədə iddialara CAVAB VERDİ

22 İyun 2024, 17:08

“Əziz dostlar, bir neçə saytın bu günlərdə mənim guya deputat olmaq istəyimlə bağlı yazılar dərc etməsi həqiqəti qətiyyən əks etdirmir”.

Modern.az xəbər verir ki, bunu xanım sahibkar, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva bildirib.

“Əvvəla, bir neçə ay bundan öncə jurnalist Zamirə xanımın verlişində müsahibə verərkən bu məsələyə toxunmuşam və öz mövqeyimi bildirmişəm. İkincisi, hazırda Türkiyədə istirahət edirəm və vətənə yalnız avqust ayının sonlarında qayıdacam. Hər halda deputat seçkilərinə qatılmaq istəyən namizəd indi Azərbaycanda olmalı və seçkiyə hazırlaşmalı idi. Bu məzmunlu yazılar yazan jurnalistlər kimlərinsə sifarişini yerinə yetirməkdənsə, öz məsləklərinə hörmət etsinlər və dəqiqləşdirilməmiş məlumatlar yaymasınlar. Mənim deputat olmağımdan narahatlıq keçirənlərə isə demək istəyirəm ki, gecələr rahat yatın, mənim belə bir istəyim yoxdur. Mən azad sahibkar kimi bu gün xoşbəxtəm və dövlətimə, xalqıma, eyni zamanda cənab Prezident İlham Əliyevin ideyalarına sadiqəm. Kiməsə kömək edə bilirəmsə və dəstək ola bilirəmsə bu məni deputat olmaqdan daha xoşbəxt edir. Mən dövlətimi bəziləri kimi deputat olmadan da sevməyi bacarıram. Doğma rayonum Tovuzdan kimin deputat seçilməsini də maraqla gözləyəcəm. Dövlətimiz və millətimiz üçün bu seçkilər xeyirli olsun”, - Ruhi Əliyeva vurğulayıb.

Xatırladaq ki, bəzi KİV-lər əslən Tovuz rayonundan olan Ruhi Əliyevanın 105 saylı Tovuz seçki dairəsindən namizəd olacağı barədə xəbərlər yayıb. Həmin dairənin deputatı mərhum Qənirə Paşayeva idi.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı