Modern.az

Separatçıların istintaqı yekunlaşıb, iş məhkəməyə göndəriləcək - Baş prokuror

Separatçıların istintaqı yekunlaşıb, iş məhkəməyə göndəriləcək - Baş prokuror

24 İyun 2024, 13:08

Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

 

Modern.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Xankəndi prokurorluğunun inzibati binasının açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb:

 

"Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI