Modern.az

General rütbəsi verilən hərbçilər KİMLƏRDİR...

General rütbəsi verilən hərbçilər KİMLƏRDİR...

Ölkə

25 İyun 2024, 22:15

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamla polkovnik Həsən Əlövsədova və polkovnik Vilayət Quluyevə general-mayor rütbəsi verilib.

 

Modern.az ali hərbi rütbə verilən hərbçilərlə bağlı məlumatları təqdim edir.

 

Həsən Əlövsədov Siyəzən rayonundandır. O, İkinci Qarabağ müharibəsində iştirak edib. Mi-17 helikopter eskadrilyasının komandiri olub. Hərbçi “Qarabağ” ordeni, “Xocavəndin azad edilməsinə görə”, “Ağdamın azad edilməsinə görə” medalları ilə təltif olunub.

 

Vilayət Quluyev isə Cəbrayıl rayonundandır. İkinci Qarabağ müharibəsində iştirak edib.3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", “Qubadlının azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu