Modern.az

"Qardaşımın qanı yerdə qalmadı" - Prezidentə TƏŞƏKKÜR

Ölkə

25 İyun 2024, 22:38

Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib.

 

O bildirib ki, uzun illər sonra qardaşının şəhidlik zirvəsinə ucalmasına ən yüksək qiymət verilib.

 

“Özüm, ailəm adından ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Qardaşımın qanı yerdə qalmadı, cənab Ali Baş Komandan qardaşımı ən ali fəxri adla mükafatlandırıb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?