Modern.az

Blinkenin köməkçisi Azərbaycana GƏLİR

Blinkenin köməkçisi Azərbaycana GƏLİR

Ölkə

26 İyun 2024, 17:53

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, O'Brayn iyunun 27-29-da Bakıda və Xorvatiyanın Dubrovnik şəhərinə səfərdə olacaq.

 

"ABŞ dövlət katibinin köməkçisi O'Brayn Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla yüksək vəzifəli Azərbaycan hökumətinin rəsmiləri ilə görüşərək, ABŞ-Azərbaycan ikitərəfli münasibətlərindəki irəliləyişi və ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına istiqamətində verdiyi dəstəyi vurğulayacaq. Dövlət katibinin köməkçisi O'Brayn Azərbaycanın beynəlxalq insan haqları öhdəliklərinə sadiq qalmasının vacibliyini bir daha vurğulamaq üçün vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcək", - məlumatda deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək