Modern.az

Azərbaycan NATO-nun sammitinə qatıla bilər - AÇIQLAMA

Azərbaycan NATO-nun sammitinə qatıla bilər - AÇIQLAMA

Ölkə

27 İyun 2024, 14:08

Mətbuatda yayılan məlumatlara görə, Bayden Administrasiyası Azərbaycanı və Ermənistanı NATO-nun Vaşinqtonda keçiriləcək sammitində tərəfdaşlıq tədbirlərində iştiraka dəvət etməyi planlaşdırır.

Modern.az mövzu ilə bağlı Milli Məclisin NATO Parlament Assambleyası ilə beynəlxalq əməkdaşlıq üzrə nümayəndə heyətinin üzvü Siyavuş Novruzovla danışıb.
 

Onun sözlərinə görə, Azərbaycan NATO-nun müəyyən proqamlarında iştirak edir:
 

“Azərbaycan Silahlı Qüvvələri NATO ilə birgə müxtəlif proqramlarda iştirak edir. Ölkəmiz NATO Parlament Assambleyasında assosiativ üzv kimi fəaliyyət göstərir. Ona görə də burada hansısa fərqli bir şey görmürəm. Bizim hələ bloklara qoşulmama qərarımız var. Heç bir təşkilata qoşulmaq üçün rəsmi müraciətimiz yoxdur. Belə bir dəvət edilsə, təbii ki, aidiyyəti qurumlar bununla bağlı müvafiq qərar verəcəklər”.
 

Rəşid Qarayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?