Modern.az

Ağdərədə seçki dairəsi yaradılır

Ağdərədə seçki dairəsi yaradılır

Ölkə

27 İyun 2024, 16:12

Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

“Azərbaycanda Ağdərə rayonun yaradılması barədə qərar qəbul olunub. Bununla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq addımlar atılmalıdır. 

Tərtər, Kəlbəcər və Ağdam rayonlarını ərazisində qismən dəyişiklik edilməklə Ağdərə rayonu yaradılıb. Bununla bağlı olaraq seçki dairələrinin hüdudlarına dəyişiklik edilməsi zərurəti yaranıb”, - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu