Modern.az

Dəmir yolu nəqliyyatında gedişhaqqı dəyişməyəcək - Rəsmi AÇIQLAMA

Dəmir yolu nəqliyyatında gedişhaqqı dəyişməyəcək - Rəsmi AÇIQLAMA

1 İyul 2024, 10:20

Xəbər verdiyimiz kimi, Tarif Şurasının son tənzimləmələri ilə metro və avtobuslarda gediş qiymətləri dəyişdirildi. Belə ki, avtobuslar və metroda gediş qiymətləri 50 qəpik olub.

Dəmiryolu nəqliyyatında da gediş haqqı ilə bağlı hansısa dəyişiklik ediləcəkmi?


Modern.az mövzu ilə bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxlayıb.


Qurumdan bildirilib ki, hazırda dəmir yolu nəqliyyatı ilə sərnişin daşımaları üçün gediş haqlarında hər hansı dəyişiklik nəzərdə tutulmur.


Rəşid Qarayev

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək