Modern.az

Blinkendən Bakı və İrəvana MESAJ: "Sülh mümkündür"

Blinkendən Bakı və İrəvana MESAJ:

Ölkə

1 İyul 2024, 21:18

ABŞ indi Azərbaycan və Ermənistan arasında sülh sazişlərinə nail olmaq üçün müstəsna imkanların olduğunu düşünür.

 

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı deyib.

 

“Ölkələr arasında sülh sazişlərinin həyata keçirilməsi üçün müstəsna imkan var, bu, onilliklər davam edən münaqişəyə son qoyacaq və hesab edirəm ki, regionda iqtisadi əlaqələr, iqtisadi artım, şimal və cənub, qərb və şərq ölkələri arasında əlaqələrin qurulması baxımından böyük imkanlar yaradacaq”, - deyə Blinken vurğulayıb.

 

O, bir həftə əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdığını xatırladıb.

 

Blinken ölkəsinin diplomatiya vasitəsilə Azərbaycan və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışdığını vurğulayıb.

 

"Hesab edirəm ki, bu, Azərbaycan və Ermənistan xalqlarının maraqlarına tam cavab verir", - amerikalı diplomat qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ