Modern.az

Azad olunmuş ərazilərə köçən ailələrin ümumi sayı AÇIQLANDI - RƏSMİ

Azad olunmuş ərazilərə köçən ailələrin ümumi sayı AÇIQLANDI - RƏSMİ

Ölkə

2 İyul 2024, 13:16

28 iyun 2024-cü il tarixində işğaldan azd edilmiş ərazilərə növbəti köç baş tutub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Modern.az-ın sorğusuna cavab olaraq, indiyə kimi azad olunmuş ərazilərə neçə nəfərin köçdüyünü bildirib.

Komitədən bildirilib ki, sonuncu köçlə birlikdə azad edilmiş ərazilərə ümumilikdə 1997 ailə (7762 sakin) köçürülüb.

Qayıdış proqramı çərçivəsində Füzuli şəhərinə 822 ailə (3132 nəfər), Ağdərə rayonunun Talış kəndinə 20 ailə (90 nəfər), Zəngilan rayonunun Ağalı kəndinə 175 ailə (871 nəfər), Şuşa şəhərinə 126 ailə (491 nəfər), Laçın şəhərinə 534 ailə (1971 nəfər), bu rayonun Sus kəndinə 59 ailə (215 nəfər), Zabux kəndinə 217 ailə (823 nəfər), Xocalı şəhərinə isə 44 ailənin (169 nəfər) köçü baş tutub.
 

Rəşid Qarayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”