Modern.az

Azərbaycanda qadınların iştirakçılığını məhdudlaşdıran amillər...

Azərbaycanda qadınların iştirakçılığını məhdudlaşdıran amillər...

Ölkə

4 İyul 2024, 16:47

Qanunvericlikdə bir sıra müddəalara yenidən nəzər salamağa ehtiyac var.

Vətəndaş iştirakçılığı və ictimai iştirakçılıq ictimai əhəmiyyətli qərarların qəbulunda, dövlət idarəçiliyinə, hər hansı bir təşkilatın və ya layihənin fəaliyyətinə ictimaiyyətin cəlb edilmədaxil edilməsidir. . İctimai iştirakçılıq prinsipi qərarın təsirinə məruz qalanların qərarların qəbulu prosesində iştirak etmək hüququna malik olmasını nəzərdə tutur. İctimai iştirak onu prisnipi əsas tutr ki, ictimaiyyətin töhfəsi qərara təsir edəcək.

İctimai iştirak son otuz il ərzində meydana çıxan və təhsil, biznes, dövlət siyasəti və beynəlxalq yardım və inkişaf proqramlarının həyata keçirilməsi ilə əlaqədar “insan mərkəzli” prisniplərin məcmusudur.

Səmərəli ictimai iştirakçılıq nədir?

Konstitusiyanın 55-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər.

Azərbaycanda 2014-cü cü il iyunun 1-dən “İctimai iştirakçılıq haqqında” Qanun qüvvəyə minib. Qanun Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Qanunda ictimai iştirakçılıq – dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının iştirakı kimi müəyyən edilib.

Vətəndaşların siyasətin formalaşmasında fəal iştirakçı kimi cəlb edilməsi mövcud ehtiyacları və çətinlikləri daha yaxşı analamağ, təhlil etməyə və səmərli siyasət yürütməyə geniş imkan yaradır.

1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) Orxus Konvensiyası ictimaiyyətin iştirakı prosesini effektiv etmək üçün ətraf mühitlə bağlı məsələlərdə bir sıra ictimai hüquqlar müəyyən etmişdir. Azərbaycan Konvensiyaya 9 noyabr 1999-cu ildə qoşulmuşdur. Bu konvensiyanın 6-cı maddəsində ətraf mühitlə bağlı məsələlərdə effektiv iştirakın təmin edilməsi üçün tələb olunan bir neçə əsas fəaliyyət göstərilmişdir.

Bunlara qərar qəbuletmə prosesində iştirak, məlumat əldə etmək və ədalət mühakiməsinə çıxış daxildir. Həmçinin, bir neçə tədqiqatçı bir çox meyarlar əsasında ictimai iştirakın effektivliyini müəyyən etmişdir. Bəzi tədqiqatçıların fikrincə, siyasət və ya qərar qəbuletmə prosesində insanların təsiri ictimai iştirakçılığı effektiv edə bilər.

Azərbaycan Konvensiyaya 9 noyabr 1999-cu ildə qoşulmuşdur. Qoşulmanın zəruri prosedurlarını nəzərə alaraq 23 mart 2000-ci ildən Azərbaycan Konvensiyanın Tərəfi sayılır.

Səmərəli ictimai iştirakçılığın əsas şərtlərindən biri həssas qrupların, xüsusən, qadınların, gənclərin qərarların qəbulu prosesinə aktiv cəlb olunmasıdır.

Bu məqalədə yuxarıda qeyd olunanlar nöteyi-nəzərindən mövcud qanunvericlikdə qadınların iştirakçılığının hansı amillərin nəhdudlaşdırılması təhlil edilib.

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun

2006-cı ildə qəbul edilən Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Qanun seksual qısnama da daxil olmaqla, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını qadağan edir. Qanunda cinsi mənsubiyyətə görə ayrı-seçkilik aşağıdakı kimi müəyyən edilmişdir: “seksual qısnama, cinsi əlamətə görə hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdıran və ya inkar edən istənilən fərq, istisna və ya üstünlük.” Anlayışa nəzər yetirsək, görərik ki, Qanun yalnız birbaşa ayrı-seçkiliyi ehtiva edir. Dolayı ayrı-seçkiliyə səbəb ola bilən genderə neytral qaydaları nəzərdə tutan qanun, siyasət, proqram və ya praktika hazırkı Qanunla birbaşa olaraq əhatə olunmur və qadağan edilmir. Bununla belə, 3-cü maddədə cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının qadağan olunduğu qeyd edilir. Qanunun iki müddəası arasındakı uyğunsuzluq onun praktikada yanlış anlaşılmasına səbəb ola və zəif tətbiqi ilə nəticələnə bilər. Misal üçün, Avropa Şurasının araşdırması çərçivəsində Azərbaycanlı hüquqşünaslar arasında aparılan müsahibələr nəticəsində müəyyən olunmuşdur ki, hüquqşünaslar birbaşa və dolayı ayrı-seçkiliyin anlayışları və onlar arasındakı fərqlər barədə kifayət qədər məlumatlı deyillər. Bildiyimiz qədər, “qadınlara qarşı ayrı-seçkilik” anlayışının birbaşa və dolayı ayrı-seçkiliyi əhatə etdiyini təsbit edən heç bir məhkəmə qərarı mövcud deyil.

Əmək Məcəlləsi

Məcəllənin tələbinə görə (maddə 12.g) cCinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlərin görülməsi də işəgötürənin əsas vəzifələri sırasındadır. Bununla yanaşı, işçi seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Bu müddəa işəgötürənin əmək münasibətləri prosesində işçi seksual qısnamaya məruz qaldıqda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıdığını təsbit edən digər müddəa ilə kəsişir.

Bəzi Avropa Şurasına üzv ölkələrdə həm analıq, həm də atalıq məzuniyyətinin qanunvericilikdə təsbit edilməsinə baxmayaraq, uşağa qulluq etmək məqsədilə kişilər tərəfindən sosial məzuniyyətdən istifadə halları aşağı olaraq qalır. Misal üçün, hətta həvəsləndirici tədbirlərin tətbiq edildiyi İsveçdə uşağa qulluq üzrə sosial məzuniyyət imkanından istifadə edənlərin 70%-i qadınlardır. Yaxşı təcrübə nümunəsi kimi bəzi ölkələrin yanaşmasını göstərmək olar. Misal üçün, Finlandiya, Luksemburq, Portuqaliya, İspaniya və İsveçdə uşağa qulluq üzrə məzuniyyət iki valideyn arasında bölünür və bir valideynin məzuniyyət hüququ digərinə verilə bilməz. Bəzi ölkələrdə isə atalıq məzuniyyəti könüllü deyil, məcburi xarakter daşıyır. Belə ki, İtaliyada 10 günlük atalıq məzuniyyəti məcburi xarakter daşıdığı halda, Fransada 28 günlük atalıq məzuniyyətinin 7 günü məcburi qaydada istifadə edilməlidir.

Yuxarıda qeyd olunan yaxşı tərübə nümunələrinin Azərbaycanda da tətbiqi qadınların iş həyatında aktiv iştirakına öz töhfəsini verə bilər.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

İnzibati Xətalar Məcəlləsində seksual qısnama ilə bağlı yalnız bir maddə mövcuddur. Həmin maddəyə əsasən, seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə tətbiq edilir. Göründüyü kimi, bu müddəa seksual qısnamanın özünə görə deyil, onun barədə edilmiş şikayət səbəbilə işçiyə təzyiq göstərilməsinə görə inzibati tənbeh nəzərdə tutur. Seksual qısnamanın ayrıca inzibati xəta kimi nəzərdə tutulmaması bu cür davranışa məruz qalmış qadınlara mənfi və çəkindirici təsir göstərir və öz pozulmuş hüquqlarını bərpa etmək imkanlarını məhdudlaşdırır.

“Dövlət qulluğu haqqında” Qanun

Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini bilən vətəndaşlarının dövlət qulluğuna qəbul etmək hüququ vardır. Bu ümumi müddəaya baxmayaraq, gender bərabərliyinə və bərabər imkanlara nail olmağın və ya dövlət qulluğunda birbaşa və dolayı ayrı-seçkiliklə mübarizənin konkret yollarını əks etdirən başqa heç bir müddəa yoxdur.

“Məhkəmələr və hakimlər haqqında” Qanun

Bu qanun müxtəlifliyi və gender bərabərliyini təşviq etmir. O, məhkəmə sistemində qadın və kişilərin balanslaşdırılmış təmsilçiyilinə nail olmaq məqsədi ilə bağlı müddəaları və qadın və kişilərin bərabər iştirakına təsir göstərə biləcək mexanizmləri nəzərdə tutmur. Misal üçün, Hakimlərin Seçki Komitəsi Məhkəmə-Hüquq Şurası tərəfindən formalaşdırılan və hakim vəzifəsinə namizədlərin seçimini həyata keçirən orqandır. Hakimlərin Seçki Komitəsinin fəaliyyəti “Məhkəmə və hakimlər haqqında” Qanunla, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunla, habelə Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul edilən Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə ilə tənzimlənir. Əsasnamə Hakimlərin Seçki Komitəsinin formalaşdırılmasınıtənzimləyir. Hakimlərin Seçki Komitəsinə üzv namizədlər hüquqşünas ixtisası üzrə beş ildən artıq iş ştajına malik olmalıdırlar.Seçki Komitəsinin üzvlüyünə namizədlərin irəli sürülməsi zamanı gender bərabərliyinin təmin edilməsi məqsədi Əsasnamədə qeyd edilməmişdir.

Bu məqalə “Azərbaycanda qadınların iştirakçılığı sahəsində mövcud vəziyyət” mövzusunda araşdırma hesabatının nəticələri əsasında hazırlanıb. Araşdırma hesabatı Fondun həyata keçirdiyi “Qadınların ictimai iştirakçılıqda rolunun gücləndirilməsi” təşəbbüsü çərçivəsində hazırlanıb. Bu təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” proqramının dəstəyi ilə icra olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi