Modern.az

“Halal” sertifikatlı otellər Azərbaycana nə verəcək...

“Halal” sertifikatlı otellər Azərbaycana nə verəcək...

Ölkə

5 İyul 2024, 11:46

Azərbaycanda bəzi otellərə “Halal” sertifikatının verilməsi həyata keçiriləcək. Bu otellər bir çox müsəlman ölkələrində mövcuddur. Azərbaycanda da bu konseptin yaradılması ölkə turizminə necə təsir edəcək?

Mövzu ilə bağlı Modern.az-a danışan turizm eksperti Rəhman Quliyev bildirib ki, Azərbaycanda inşaası nəzərdə tutulan dini otellər halal konspeti ilə çalışacaq:

“Bu otellərin fəaliyyəti regionlarda, eyni zamanda paytaxt ərazisində də nəzərdə tutulub. Ümumiyyətlə, istənilən hər hansı otel də bu konseptə keçə bilər. Bu, Azərbaycana yeni müştəri portfeli yaradacaq. Dünya təcrübəsində də bu konseptlə çalışan otellər var. Xüsusilə ərəb ölkələrində olan bu kimi otellər qardaş Türkiyədə də mövcudur”.


Ekspertin sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərəcək dini otellər Azərbaycana gələn turist sayına təsir edərək əlavə müştəri bazası yaradacaq:

“Hesab edirəm ki, dini konseptdə otellər fəaliyyət göstərsə, yəni halal və alkoqolsuz qidalardan ibarət bufet və ayrı-ayrı hovuzlar mövcud olsa, xüsusi namaz otaqları ayrılsa, Azərbaycana yeni müştəri bazası yaradacaq”.
 

Rəşid Qarayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi