Modern.az

Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin əsas şərtini AÇIQLADI

Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin əsas şərtini AÇIQLADI

Ölkə

8 İyul 2024, 11:50

Azərbaycan sülh gündəliyinə sadiqdir. Biz bu istiqamətdə işlərimizi səylə davam etdiririk. Sülh müqaviləsinin imzalanması üçün əsas şərt təbii ki, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına münasibətdə dəyişikliklərlə bağlıdır.

 

Modern.az xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.

 

Ceyhun Bayramov bildirib ki, Xarici İşlər Nazirliyi bundan sonra da dövlətimizin siyasi kursu əsasında xalqın milli maraqlarına uyğun düzgün siyasətin aparılması, Azərbaycanın mövqeyinin ortaya qoyulması istiqamətində səylərini davam etdirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək