Modern.az

Qusarın yeni icra başçısı keçmiş nazir müavinidir - DOSYE

Qusarın yeni icra başçısı keçmiş nazir müavinidir - DOSYE

Ölkə

8 İyul 2024, 14:32

Prezident İlham Əliyevin sərəncamı ilə Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Sahir Məmmədxanov əvvəllər vergilər xidmətində işləyib.

Modern.az-ın məlumatına görə, Sahir Məmmədxanov 2020-ci ildə vergilər nazirinin 1-ci müavini postundan azad edilmişdi.

Sahir Polad oğlu Məmmədxanov 1959-cu ildə İsmayıllıda doğulub. 

1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsini  bitirib.

1985–1993-cü illərdə Tver şəhərinin "Elektroaparatura" zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin "Kalininmaşdetal" istehsalat birliyində baş mühasib vəzifəsində çalışıb.

1993-cü ildən Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.

1999-cu ildən "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş İdarə rəisinin müavini, daha sonra 2001-ci ilədək Baş İdarənin rəisi vəzifəsində çalışıb.

2001-2009 – cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsini tutub.

Ölkə başçısının 4 mart, 2009-cu il tarixli sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə, 29 mart, 2016-cı il tarixli sərəncamla isə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, 2020-ci ilin 14 mayında ildə vergilər nazirinin 1-ci müavini vəzifəsini itirmişdi. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

Ailəlidir. 2 övladı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi