Modern.az

Ceyhun Bayramov Mirzoyan və Blinkenlə GÖRÜŞƏCƏK 

Ceyhun Bayramov Mirzoyan və Blinkenlə GÖRÜŞƏCƏK 

Ölkə

10 İyul 2024, 08:46

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Ceyhun Bayramov və Ararat Mirzoyan Vaşinqtonda görüşəcək.

 

Görüşdə ABŞ dövlət katibi Entoni Blenkenin də iştirakı gözlənilir.

 

Ötən gün Ermənistan tərəfi nazirlərin görüşü barədə məlumatın olmadığını bildirmişdi. İrəvan görüş barədə razılaşmanın Vaşinqtonda əldə edildiyini bildirib.

 

Qeyd edək ki, hər iki ölkənin xarici işlər nazirləri NATO sammitində iştirak etmək üçün Vaşinqtonda səfərdədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi