Modern.az

Müsavat daha 10 dairədən namizəd irəli sürəcək

Müsavat daha 10 dairədən namizəd irəli sürəcək

Ölkə

10 İyul 2024, 14:58

İsa Qəmbər seçkilərdə iştirak etsə, Bakıdakı seçki dairələrindən birindən namizəd olacaq.

Modern.az xəbər verir ki, bu barədə Müsavat Partiyası Məclisinin sədri, seçki qərargahının rəhbəri Arif Hacılı danışıb

“Elə mən özüm də seçkilərdə iştirak etsəm, Bakıdakı seçki dairələrindən birindən namizədliyimi irəli sürəcəm. Hazırda 27 üzvümüzün namizədliyi irəli sürüb. Lakin bu rəqəm artacaq. Ən azı daha 10 seçki dairəsindən  namizəd irəli sürüləcək. Partiya qərara alıb ki, bütün seçki dairələrindən namizədlərin irəli sürülməsi vəzifə kimi qarşıya qoyulmasın. Əsas resurslar müəyyən seçki dairələrinə yönəldilsin",-o deyib.

A.Hacılı seçkilərdə hansı şüarla çıxş edəcəkləri ilə əlaqədar məsələyə də toxunub:

"Rəsmi qəbul edilməsə də, hansı şüarla çıxış edəcəyimizlə bağlı ümumi fikir formalaşıb. Biz “Azadlıq, ədalət, hüquqi dövlət!” şüarının üzərində dayanırıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır