Modern.az

Sumqayıtda zavodda zəhərlənən 53 nəfərin SON DURUMU

Sumqayıtda zavodda zəhərlənən 53 nəfərin SON DURUMU

11 İyul 2024, 12:16

Xəbər verdiyimiz kimi, iyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Prokurorluğun məlumatında görə, ilkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi müəyyən edilib.

 

Modern.az məsələ ilə əlaqədar Sumqayıt Tibb Mərkəzinə müraciət edib.

 

Sumqayıt Tibb Mərkəzindən saytımıza verilən açıqlamada bildirilib ki, zəhərlənən 53 nəfərdən 5-i qadın olub:

 

"Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasına 10.07.2024-cü il tarixində saat 17:10 radələrindən başlayaraq 53 nəfər (48-i kişi cinsli, 5-i qadın cinsli olmaqla) müraciət edib.

 

Qida zəhərlənməsi diaqnozu təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, hamısı ambulator müalicə üçün evə buraxılıb".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı