Modern.az

Azərbaycanda dövlət işində çalışanların sayı AZALIB

Azərbaycanda dövlət işində çalışanların sayı AZALIB

Ölkə

11 İyul 2024, 12:28

2024-cü il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1749,4 min nəfər olmuş, onlardan 893,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 856,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

 

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın dövlət sektorunda çalışanların sayı son bir ildə 5.5 min nəfər azalıb, qeyri-dövlət sektorunda (özəl) çalışan muzdlu işçiləri sayı isə 28.6 min nəfər artıb. Beləliklə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı son bir ildə 23.1 min nəfər artıb.

 

Qeyd edilib ki, muzdla işləyənlərin 18,9%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i maliyyə və sığorta fəaliyyəti, 14,5%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı