Modern.az

Kamran Əliyev Qaradağa prokuror təyin etdi

Kamran Əliyev Qaradağa prokuror təyin etdi

Ölkə

11 İyul 2024, 14:52

Qaradağ rayon prokuroru vəzifəsinə təyinat olub.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, bu vəzifəyə Fərid Nağıyev gətirilib.

 

F.Nağıyev bu təyinata qədər Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyib.

 

Baş prokurorun digər əmri ilə Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub. T.Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.

 

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Süleymanov ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi