Modern.az

Həlak olan hərbçimizin FOTOSU

Həlak olan hərbçimizin FOTOSU

11 İyul 2024, 21:56

Xəbər verdiyimiz kimi, bu gün Daxili Qoşunların hərbi qulluqçusu Xanlar Əhmədov vəfat edib.

 

Belə ki, işğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən DİN-in Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) təlim zamanı silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

 

21 yaşlı MAXE bir neçə gün sonra göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün vəfat edib.

 

Modern.az-ın məlumatına görə, hərbçimiz Sabirabad rayonundandır.

 

Həlak olan hərbçimizin fotosunu təqdim edirik:

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu