Modern.az

Daşkəsənin yeni icra başçısı KİMDİR...

Daşkəsənin yeni icra başçısı KİMDİR...

15 İyul 2024, 13:18

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifədə ötən il işdən çıxarılan Əhəd Abıyevi əvəzləyib.

 

Modern.az-ın məlumatına görə, Orxan İrşad oğlu Abbasov ABŞ-ın Qərbi Miçiqan Universitetinin məzunudur.

 

O, əvvəllər Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Orxan Abbasov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini idi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI