Modern.az

22 siyasi partiyanın nümayəndəsi qeydə alınıb - SİYAHI

22 siyasi partiyanın nümayəndəsi qeydə alınıb - SİYAHI

15 İyul 2024, 16:14

Mərkəzi Seçki Komissiyası (MSK) daha bir neçə partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək səlahiyyətli nümayəndələrini qeydə alıb.

 

Modern.az xəbər verir ki, bu barədə məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib. 

 

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Müasir Müsavat, Müsavat, Azərbaycan Demokrat Marifçilik partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə əlaqədar qərar verilib.


Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

 

Qeyd edək ki, bununla da səlahiyyətli nümayəndələri qeydə alınan partiyaların sayı 22 olub. Partiyaların səlahiyyətli nümayəndələrinin ümumi sayı 551-ə çatıb.

 

Səlahiyyətli nümayəndələri qeydə alınan partiyalar aşağıdakılardır:

Azad Vətən Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Zaman Partiyası, Haqq Ədalət Partiyası, Ağ Partiyası, Respublikaçı Alternativ (REAL) Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, “Ana Vətən” Partiyası, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Cəbhə Partiyası, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Demokrat Marifçilik Partiyası.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri