Modern.az

Baxımsız vəziyyətdə qalmış 15 günlük körpənin həyatı xilas edildi

Baxımsız vəziyyətdə qalmış 15 günlük körpənin həyatı xilas edildi

Ölkə

15 İyul 2024, 17:42

İaşə obyektində köməksiz vəziyyətdə olan 15 günlük körpə xilas edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Ailə Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Qeyd edilib ki, dövlət komitəsinə daxil olan telefon zəngi operativ olaraq aidiyyatı qurumlarla birlikdə araşdırılıb.

 

Nəticədə Nəsimi rayonu ərazisində iaşə obyektində köməksiz vəziyyətdə olan 15 günlük körpənin həyatı xilas olunub.

 

Araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi