Modern.az

Körpəsi ölən qız 16 yaşında qaçırılıbmış - Uşağın atası həbsdən çıxıb

Körpəsi ölən qız 16 yaşında qaçırılıbmış - Uşağın atası həbsdən çıxıb

16 İyul 2024, 14:12

Xəbər verdiyimiz kimi, Masallıda körpə ölümü qeydə alınıb. Məlumata förə, Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova 40 həftəlik dölün (USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub. 

 

Rəsmi açıqlamada deyilir ki, cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü uşaq doğulub.

 

Kənd icra nümayəndəliyindən Modern.az-a verilən məlumata görə, körpənin atası ötən il Səfurə Qubadovanı qaçırıb:

 

"Ata daha sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsi (On dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə cinayət məsuliyyətinə cəlb edilib. O, cəzasını çəkib və azadlığa buraxılıb".

 

Qeyd edək ki, Baş Prokurorluq hadisə ilə bağlı araşdırma aparır.

 

Rəşid Qarayev

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri