Modern.az

"Zahid Orucla yarışmaq zövqlü olacaq" - Natiq Cəfərli

"Zahid Orucla yarışmaq zövqlü olacaq" - Natiq Cəfərli

16 İyul 2024, 15:43

Xəbər verdiyimiz kimi, VI çağırış Milli Məclisin bitərəf deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizəd olacaq. Bundan əvvəl REAL partiyasının icraçı katibi Natiq Cəfərli də eyni seçki dairəsindən namizəd olacağını açıqlayıb.

 

Rəqibi barədə Modern.az-a danışan Natiq Cəfərli bildirib ki, seçki dairəsi üzrə imzatoplama kampaniyası yekunlaşmaq üzrədir. O vurğulayıb ki, Zahid Orucla yarışmaq zövqlü olacaq:

 

“Zahid Oruc da çox təcrübəli siyasətçidir. O, uzun müddətdir, parlamentin üzvüdür. Bilikli insandır. Onunla yarışmaq zövqlü olar, məncə. O da ilk dəfədir ki, bu seçki dairəsindən nammizədliyini irəli sürür.  Maraqlı, intellektual mübarizə olacaq. Kim seçicilərin səsini və rəğbətini qazanacaqsa, ona da uğurlar diləyirəm. Təbliğat-təşviqat dövründə məmnuniyyətlə Zahid bəylə debatlarda iştirak etməyə hazıram. Bu debatları təşkil edəcək media işçilərinə də müraciət edirəm. Çox maraqlı debatlar ola bilər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri