Modern.az

Rusiyadan gələn qatar Siyəzəndə relsdən çıxdı - RƏSMİ

Rusiyadan gələn qatar Siyəzəndə relsdən çıxdı - RƏSMİ

16 İyul 2024, 16:16

Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı Siyəzən rayonunun Zarat kəndi ərazisində relsdən çıxıb.

 

"Azərbaycan Dəmir Yolları" QSC-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aşan atar Rusiyanın özəl şirkətinə məxsusdur.

 

Qurumdan bildirilib ki, bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb: “Vaqonların yükü taxta materiallarından ibarət olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır”.

 

DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb. "Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır", - məlumatda vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri