Modern.az

Daha bir sabiq deputatın oğlu YAP-dan namizəd oldu

Daha bir sabiq deputatın oğlu YAP-dan namizəd oldu

Ölkə

17 İyul 2024, 18:40

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bu gün sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərini müəyyənləşdirib.

 

Modern.az-ın məlumatına görə, partiyanın namizədləri arasında sabiq deputat Tahir Süleymanovun oğlu Mahir Süleymanlının da adı var.

 

Onun namizədliyi 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən irəli sürülüb.

 

Qeyd edək ki, Tahir Süleymanov 2000-2020-ci illərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Milli Məclisin deputatı olub.

 

Mahir Süleymanlı hazırda YAP-ın Səbail rayon təşkilatında təmsil olunur.

 

Məlumatı saytımıza açıqlamasında Tahir Süleymanov təsdiq edib.

 

Bundan əvvəl keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin oğlu Samir Vəliyevin namizədliyinin hakim partiya tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən irəli sürülməsi barədə xəbər vermişdik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri