Modern.az saytı xəbər verir ki, 2014-cü ildə Türkiyədəki bütün məscidlərində “Qarabağ azanı” oxunacaq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Türkiyə Dəyanət İşləri Başqanlığı ilə bu barədə razılıq əldə olunub.
“Buna “Qazi azanı” adı vermişik” deyən E.İskəndərovun sözlərinə görə, 2014-cü il fevralın 26-da, yəni Xocalı soyqırımı günü Anadoludakı 6 min məsciddə, habelə Avropadakı ibadətgahlarda “Qarabağ azanı” səslənəcək.
Qeyd edək ki, “Qazi Qarabağ azanı” işğaldan əvvəl Ağdam və Şuşa “Cümə” məscidlərindən səsləndirilən son azan olub. Azanı Qarabağın məşhur simalarından Hacı Hafiz Sədrzadə səsləndirib və lentə köçürülüb. 20 ildən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi azanın yenidən səsləndirilməsi kampaniyasına başlayıb.
Modern.az