Modern.az

Lui Bono Azərbaycana da GƏLİR?..

Lui Bono Azərbaycana da GƏLİR?..

Ölkə

25 İyul 2024, 13:12

ABŞ Dövlətinin Cənubi Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistanda səfərdədir.  O, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib. Görüş zamanı regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri də müzakirə mövzusu olub. 

 

Onun Ermənistandan sonra Azərbaycana da səfər edib-etməyəcəyi maraq doğurur.

 

Amerikanın Bakıdakı səfirliyindən Modern.az-a bildirilib ki, Lui Bono Ermənistandan sonra Azərbaycana səfər etməyəcək:

 

“Səfərlə bağlı təfərrüatımız yoxdur.  ABŞ Dövlətinin Cənubi Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini, davamlı və ləyaqətli sülhə nail olmağın yollarını müzakirə etmək üçün tez-tez regiona səfər edir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu