Modern.az

Prorektorun deputatlığa namizədliyi TƏSDİQLƏNDİ

Prorektorun deputatlığa namizədliyi TƏSDİQLƏNDİ

26 İyul 2024, 15:20

77 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyası ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin deputatlığa namzidəliyini təsdiqləyib.

Bu barədə Komissiyadan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) həmin dairədən namizədi Əlimərdan Ələkbər oğlu Əliyevdir.

Altıncı çağırış Milli Məclisdə 77 saylı Lənkəran şəhər seçki dairəsinin deputatı Rüfət Quliyev olub. O, 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Farzi İsmayılzadə hazırda ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektoru vəzifəsində çalışır.

Fariz İsmayılzadə 2000-ci il Qərb Universitetinin politologiya ixtisasını bitirib. 2015-ci ildə İspaniyanın IE Biznes Məktəbini Ekzekyutiv MBA ixtisasi üzrə bitirib. Niderlandın Maastrixt Menecment Məktəbində doktorantura üzrə təhsil alıb.

O, 2016-ci ildə Azərbaycan Prezidentinin sərəncamına əsasən, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilib.

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında Prezidentin 9 iyul 2019-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə ADA Universitetinin prorektoru Fariz Akif oğlu “Tərəqqi” medalı ilə təltif edilib.

2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubiley medalı ilə təltif olunub.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri