Modern.az

Azərbaycan Fransa kanalından şikayət EDƏCƏK

Azərbaycan Fransa kanalından şikayət EDƏCƏK

27 İyul 2024, 22:17

Azərbaycan Fransanın “France 2” telekanalında Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Bakının ünvanına səsləndirilən fikirlərlə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

 

“Şikayət hazırlanır, hazırda onun mətni tərtib edilir, bu gün şikayəti BOK-a göndərməyə çalışacağıq”, - Ç.Hüseynzadə bildirib.

 

O əlavə edib ki, Milli Olimpiya Komitəsi şikayətin mətnini öz kanalları vasitəsilə yayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?