Növbədənkənar parlament seçkilərində iştirak etmək 1200-dən çox şəxsə imza vərəqələri verilib.
Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.
O qeyd edib ki, 660 nəfər imza vərəqələrini qaytarıb. Məlumata görə, 380 nəfərə yaxın namizəd artıq qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.