Modern.az

Xüsusi nümayəndələrin görüşü Cənubi Qafqaz üçün vacib elementdir - Toivo Klaar

Xüsusi nümayəndələrin görüşü Cənubi Qafqaz üçün vacib elementdir - Toivo Klaar

31 İyul 2024, 12:38

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar normallaşma prosesi üzrə Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin sərhəddəki görüşünün mühüm olduğunu qeyd edib.

 

Modern.az xəbər verir ki, bu barədə Toivo Klaar "X" sosial media hesabında paylaşım edib.

 

"Dünən Sərdar Kılıç və Ruben Rubinyan arasında Ermənistan - Türkiyə sərhəddində mühüm görüş oldu. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması və kommunikasiyaların yenidən açılması Cənubi Qafqazın daha sabit və firavan olması üçün vacib elementlərdir", - deyə o bildirib.

 

Qeyd edək ki, ötən gün Ermənistan-Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıçın 5-ci görüşü keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI