Modern.az

1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - RƏSMİ

1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - RƏSMİ

8 Avqust 2024, 17:43

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib, 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Ölkədə fəaliyyət göstərən 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media subyektlərinin nümayəndələri üçün keçirilən müşavirədə söyləyib.

 

“Deputatlığa namizədliyini irəli sürənlərdən 1420-si imza vərəqəsi alıb, 1197 nəfər isə imza vərəqələrini qaytarıb, 1030 nəfərdən çox şəxsin deputatlığa namizədliyi qeydə alınıb”, - deyə MSK sədri vurğulayıb..

 

Deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət avqustun 2-də başa çatıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!