Modern.az

XİN-dən Livanda yaşayan azərbaycanlılara çağırış - Ölkəni tərk edin! 

XİN-dən Livanda yaşayan azərbaycanlılara çağırış - Ölkəni tərk edin! 

3 Avqust 2024, 15:37

Livan Respublikasının yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.

Bu barədə Modern.az-a XİN-dən məlumat verilib.

Eyni zamanda, hal-hazırda Livan Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri