Modern.az

Mənzil növbəsini gözləyən hərbçilərə şad xəbər - Bölmə yaradıldı

Mənzil növbəsini gözləyən hərbçilərə şad xəbər - Bölmə yaradıldı

3 Avqust 2024, 17:16

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytında Mənzil növbəsi adlı yeni bölmə yaradılıb.

 

Modern.az xəbər verir ki, bu barədə AzərTAc-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov məlumat verib.

 

O bildirib ki, həmin bölməyə daxil olmaqla 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varisləri) şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək növbə sırası barədə məlumat əldə edə bilərlər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR