Modern.az

Adil Qeybulla da deputatlığa namizəd oldu

Adil Qeybulla da deputatlığa namizəd oldu

6 Avqust 2024, 09:38

Tanınmış həkim, professor Adil Qeybullanın deputatlığa namizədliyi qeydə alınıb.

Modern.az xəbər verir ki, A.Qeybulla 114 saylı Şəki şəhər seçki dairəsindən deputatlığa namizəd olub.

A.Qeybulla əslən Şəkinin Kiş kəndindədir. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, milli azadlıq hərəkatının iştirakçısı olub. Elçibəy hakimiyyətinin süqutundan sonra siyasi fəaliyyətini Müsavat Partiyasında davam etdirib. Daha sonra Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunub. 2023-cü ilin martında oradan da istefa verib.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 114 saylı Şəki şəhər sçki dairəsindən 6-cı çağırış Milli Məclisin üzvü Vüqar İskəndərovu namizəd göstərib.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!