Avqustun 2-də deputatlığa namizədliyin irəli sürülməsi prosesi yekunlaşıb. Hakim Yeni Azərbaycan Partiyası (YAP) iyulun 17-də bütün dairələr üzrə namizədlərin siyahısını elan edib.
Partiyanın mətbuat katibi Nurlan Qələndərli Modern.az-ın sorğisuna cavab olaraq bildirib ki, YAP-ın irəli sürdüyü bütün namizədlər qeydə alınıb.
"125 seçki dairəsi üzrə bütün namizədlərimiz qeydə alınıb", - o deyib.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-ə keçiriləcək.