Modern.az

Şahbuzda minaya çoban yox, qoyunlar düşüb - FOTO

Şahbuzda minaya çoban yox, qoyunlar düşüb - FOTO

12 Avqust 2024, 09:56

Xəbər verdiyimiz kimi, avqustun 11-də Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib.

 

Modern.az hadisə ilə bağlı bir sıra məlumatlar əldə edib.

 

Məlumata görə, Bəxtiyar Sultanov çoban olub. Hadisə zamanı onun özü yox, qoyunlar minaya düşüb və o, qəlpə yarası alıb.

 

Hazırda reanimasiyada olan Bəxtiyar Soltanovun vəziyyətinin ağır olduğu bildirilir.

 

Qeyd edək ki, faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.

 

1370201

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri